Daha üç "ASAN Xidmət" açılacaq - Hansı rayonlarda olacaq?

Bu gün, 16:28           
Daha üç "ASAN Xidmət" açılacaq -
Azərbaycanda üç yeni "ASAN Xidmət" mərkəzi yaradılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Teleqraf Agentliyi və Baku TV-yə müsahibədəsin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev məlumat verib.

Agentlik rəhbəri qeyd edib ki, hazırda 28 "ASAN Xidmət", 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir. Onun fikrincə, bu say kifayət edir və mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur:

"Çünki bundan əlavə 10 səyyar avtobus da var. Onlar "ASAN Xidmət" mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Bu 10 səyyar avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Yalnız işğaldan azad olunmuş ərazilərdə yeni mərkəzlərin açılması nəzərdə tutulur. İşğaldan azad edilmiş üç şəhərdə - Ağdam, Cəbrayıl və Laçında "ASAN Xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır. Bunlar regional mərkəz olacaqlar və ətraf rayonlara da xidmət edəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru