Məşhur müğənni və qrupu təyyarə qəzasında HƏLAK OLDU

11-01-2026, 12:48           
Məşhur müğənni və qrupu təyyarə qəzasında HƏLAK OLDU
Kolumbiyada baş verən təyyarə qəzasında pop müğənni Yeison Jimenez və onun qrup üzvləri həyatını itirib.
TEREF Ajans.az-a istinadən xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, musiqiçiləri daşıyan özəl təyyarə Medellin şəhərinə uçuş edirmiş. Qəza hava gəmisinin havaya qalxmasından qısa müddət sonra baş verib. Təyyarədə olan altı nəfərin hamısı həlak olub, sağ qalan olmayıb.

Qeyd edək ki, yanvarın 7-də Rusiyanın Perm diyarının Bardım rayonunda da şəxsi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər ölüb.

Ölənlər arasında “TATTRANSKOM” nəqliyyat şirkətinin təsisçisi İlyas Gimadutdinovun da olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]