“Ölənə qədər o adı almağı arzulayacağam”

14-01-2026, 16:33           
“Ölənə qədər o adı almağı arzulayacağam”
Xalq artisti Röya Ayxan verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

TEREF xəbər verir ki, pop ulduz ən böyük arzusunun “Şöhrət” ordeninə layiq görülmək olduğunu bildirib və bu barədə səmimi etiraflar edib.

Röya Ayxan qeyd edib ki, bu günə qədər qazandığı uğurlara baxmayaraq, özünə qarşı tələbləri hər zaman yüksək olub:

“Bu günə qədər özümə güvənmirəm. Nə etmişəm ki? Şöhrət ordeni qazanmayana, ona layiq olmayana qədər nə etmişəm ki?” – deyə müğənni vurğulayıb.

Sənətçi həmin mükafatın onun üçün xüsusi anlam daşıdığını da bildirib:

“O mükafat çox gözəldir. Mənsum müəllim o adı alanda böyük həyəcan keçirmişdim. Güzgüdə özümə baxıb demişdim ki, sən durmayacaqsan, çalışacaqsan və nail llacaqsan”.

Röya Ayxan sözlərinə davam edərək məqsəd və arzuların sənət yolunda əsas motivasiya olduğunu qeyd edib:

“Məqsəd gözəldir, arzu ondan da gözəl ola bilər. Ola bilsin, o adı almayım, amma ölənə qədər çalışacağam”.

Xalq artistinin bu səmimi etirafı sosial şəbəkələrdə marağa səbəb olub. /milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]