Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı

18-01-2026, 10:44           
Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı
Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov “İki başlı” proqramında qonaq olublar.
Gununsesi.info xəbər verir ki, verilişdə L.Məmmədovadan “Elza Seyidcahanla, yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz” deyə, soruşulub:

O, cavabında “Elza ilə. Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar” deyə, bildirib.

Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə E.Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb:

“Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən “xırda verilişlər” olur ki, Elza xanımı lağa qoyurlar, bu, mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O, adi bir insan deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]