"Nə vaxtında Məşədi İbaddan 1 abbasımı ala bildim, nə hakimiyyətdən ev"

21-01-2026, 07:34           
"Nə vaxtında Məşədi İbaddan 1 abbasımı ala bildim, nə hakimiyyətdən ev"
"Nə vaxtında Məşədi İbaddan 1 abbasımı ala bildim, nə hakimiyyətdən ev". Mərkəzi Komitənin birinci katibi Vəli Axundov aktyor Əhməd Rumluya necə mənzil bağışladı. Aktyorlara mənzil veriləndə Əhməd Rumlunun adı sənətkarların siyahısından çıxarılır. Belə olanda aktyor Əhməd Rumlu Mərkəzi Komitəyə "Nə vaxtında Məşədi İbaddan 1 abbasımı ala bildim, nə də hakimiyyətdən ev" mətnli şeir-məktub yazaraq şikayət edir. Bir neçə gün sonra Əhməd Rumlu Mərkəzi Komitəyə çağırılır. Vəli Axundov aktyoru qəbul edib, onun şeirini təkrar oxuyub gülür və aktyora deyir: "Sənin bu qorxmazlığın və sözü mərdliklə deməyin mənə o qədər ləzzət elədi ki, qərara aldım mənzilin açarını sənə özüm verim". Vəli Axundov beləcə Əhməd Rumluya 3 otaqlı mənzilin açarını verir.
Anar Tağıyev
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]