​“Övladlarım var-dövlətimi əlimdən alıb”

27-01-2026, 00:02           
​“Övladlarım var-dövlətimi əlimdən alıb”
Türkiyənin əfsanəvi muğənnisi İbrahim Tatlısəs yenə övladlarindan danışıb. Sənətçi oğlunu və qızını dələduz adlandırıb.

Metbuat.az xəbər verir ki, Moskva səfərindən dönən Tatlısəs hava limanında jurnalistlərlə həmsöhbət olub.
O, xeyirsiz övlad böyütdüyü üçün çox kədərli olduğunu bildirib:

"Onları Türkiyədə hamı tanıyır. İkisi də dələduzdur. Birləşib bütün var-dövlətimi əlimdən aldılar".

Müğənni uşaqlarını heç vaxt bağışlamayacağını deyib:

"Vəsiyyət etmişəm, mən öləndən sonra heç biri qəbrimin üstünə gəlməsin. Əgər gəlsələr, siz etiraz edin, gəlmələrinə imkan verməyin".

Qeyd edək ki, İbrahim Tatlısəs oğlu Ahmet Tatlısəs və qızı Dilan Çıtakla uzun müddətdən bəri konfliktdədir. Hazırda Bodrum şəhər məhkəməsi Talısəsın qızı Dilan Çıtakla bağlı şikayətini araşdırır. Sənətçi qızının onu öldürmək istədiyini iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]