Aktyor azadlığa çıxdıqdan sonra ilk dəfə səhnə fəaliyyətinə başlayıb

28-01-2026, 08:44           
Aktyor azadlığa çıxdıqdan sonra ilk dəfə səhnə fəaliyyətinə başlayıb
Aktyor Mixail Yefremov şərti vaxtından əvvəl azadlığa buraxıldıqdan sonra ilk aktyor işi üzərində çalışmağa başlayıb.

32gun.az bildirir ki, bu barədə Super nəşri məlumat yayıb.

Məlumata görə, Yefremov “Şahidsiz” (“Bez svideteley”) tamaşasının iki məşqində iştirak edib. Nəşrin yazdığına görə, aktyor teatra avtomobillə gətirilib və binaya xidməti girişdən daxil olub. O, jurnalistlərlə ünsiyyətdən imtina edib.

Tamaşanın quruluşçu rəssamı Yuri Kuper məşqlərin başladığını təsdiqləyib.

“Spektakl haqqında məlumat necə yoxa çıxdı? Heç nə ləğv edilməyib. Hazırda Mixail Yefremovun iştirakı ilə bu tamaşanın məşqi gedir. Teatrın direktoruna zəng edin”, – deyə Kuper bildirib.

Qeyd edək ki, 8 iyun 2020-ci ildə Mixail Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtomobillərin toqquşması nəticəsində kuryer Sergey Zaxarov həyatını itirib. Aktyor 7,5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Belqorod vilayətindəki cəzaçəkmə müəssisəsində çəkib. O, 2025-ci ilin martında şərti vaxtından əvvəl azadlığa buraxılıb.

Xatırladaq ki, 4 sentyabr tarixində Mixail Yefremov rəsmi olaraq Nikita Mixalkovun rəhbərlik etdiyi “Masterkaya 12” teatrının truppasına qoşulub. Aktyor yeni mövsüm ərəfəsində kollektivə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]