"Ana bütün rusları demirəm, 1 rusu nəzərdə tuturam...və 1 nəfər belarusu".
31-01-2026, 16:14
Rusiyanın çox istedadlı, məşhur aktyoru və komiki Aleksandr Nezlobinin möhtəşəm çıxışından fraqment: - Rusiyada məni məhkəməyə vermək istəyirlər. Sizcə niyə? Bir zarafata görə, bu zarafat da təzəlikcə qəbul olunan qanun əsasında yaranıb. Təsəvvür edin ki, sosial şəbəkələrdə "müharibəyə yox" yazan adamı 7 il müddətində həbs gözləyir. Müqayisə üçün qanunvericilik cinsi təcavüz edən adam üçün 5 ilə qədər həbs nəzərdə tutur. Buna baxmayaraq yenə də Rusiyada "muharibəyə yox" deyən və yazan insanlar tapılır, amma məncə mövcud qanunvericiliyi nəzərə alaraq "müharibəyə hə" deyən 1 nəfəri tapıb zorlamaq daha məqsədəuyğun olardı, 2 il qabağa düşürsən. Rusiyada artıq "Nezlobin rusları zorlamağa çağırır" başlıqlı məqalələr çıxır və anam şok içində mənə zəng edərək soruşur:"Oğlum, bu nədir, sən belə söz demisən?" Mən də dedim:"Ana bütün rusları demirəm, 1 rusu nəzərdə tuturam...və 1 nəfər belarusu". Kamran Cəfərov TEREF