Aktrisa Ketrin O'Haranın müəmmalı ölümü: Nadir xəstəlik?

Dünən, 12:34           
Aktrisa Ketrin O'Haranın müəmmalı ölümü:
Dünən Los-Ancelesdə vəfat edən məşhur aktrisa Ketrin O'Haranın rəsmi ölüm səbəbi hələ açıqlanmayıb.

"Daily Mail" xəbər verir ki, aktrisa nadir xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd olunub ki, O'Hara 71 yaşında, qısa sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Aktrisa sonuncu dəfə 2025-ci ilin sentyabrında "Emmi" mükafatının təqdimetmə mərasimində ictimaiyyət qarşısına çıxıb. Mətbuat onun "olduqca zəifləmiş" göründüyünü qeyd edib.

K.O'Hara əvvəllər situs inversus diaqnozundan əziyyət çəkirmiş. Bu, insanların böyük əksəriyyəti ilə müqayisədə ürək və daxili orqanların əks istiqamətdə yerləşdiyi nadir anadangəlmə bir xəstəlikdir.

"Mən qərb təbabətini sevirəm, amma onun bir hissəsi olmaq istəmirəm", - aktrisa müsahibələrinin birində belə demişdi.

Situs inversus xəstəliyinə 10 000 insandan 1-də və daha çox kişilərdə rast gəlinir. Adətən ürək, ağciyərlər, mədə, qaraciyər və dalaq da daxil olmaqla əsas orqanlara təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]