Bricit Bardonun 30 milyon avroluq malikanəsini kimə vəsiyyət etdiyi məlum oldu

6-02-2026, 16:18           
Bricit Bardonun 30 milyon avroluq malikanəsini kimə vəsiyyət etdiyi məlum oldu
Fransalı aktrisa Bricit Bardo həyatda olarkən münasibətləri mürəkkəb olan yeganə oğlu Nikolya Şaryeyə Sen-Tropedə yerləşən və təxminən 30 milyon avro dəyərində qiymətləndirilən malikanəsini vəsiyyət edib.

Bu barədə məlumat "Paris Match" jurnalında dərc olunub.

Məlumata görə, miras məsələsi hələ tam bağlanmasa da, artıq bəllidir ki, dənizə mənzərəsi olan, 10 hektar sahəni əhatə edən La Qarriq malikanəsi Şaryeyə qalacaq.

Ərazidə bir neçə tikili yerləşir: 600 kvadratmetr sahəsi olan əsas ev, qonaq evi, xidmətçi evi, anbar və kiçik ibadətgah.

Xatırladaq ki, Bricit Bardo ötən il dekabrın 28-də 91 yaşında vəfat edib. Aktrisanın ölüm səbəbi onkoloji xəstəlik olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru