Nikolas Keyc... Özü boyda ürəyi olan ADAM
7-02-2026, 09:44

ONUN 150 MİLYON DOLLARI VAR İDİ
İNDİ İSƏ MÜFLİS OLUB... SƏBƏB?
Hamısını insanlara paylayıb. Yalnız vicdanı ilə qalıb.
Nikolas Keyc karyerası boyunca 150 milyon dollardan çox qazanıb. Şöhrət, güc, pul... Hər şeyi var idi.
Lakin, bir gün hər şeyi yox oldu. O, 2009-cu ildə müflis oldu.
Hamı eyni sualı verirdi:
Qumar?
Narkotik?
Pis investisiyalar?
Xeyr bunların heç biri deyildi. Həqiqət uzaq bir səssizliyə çəkilmişdi.
Keys ölən azarkeşlərin xəstəxana xərclərini gizlicə ödəyirdi.
Çəkiliş meydançalarında evsiz qalan heyət üzvləri üçün evlər alırdı.
Adlarını heç kimin bilmədiyi, onlarla tanımadığı insanın xərçəng müalicəsinin haqqını ödəyirdi.
Mühasibi ona yalvarırdı:
- Təşəkkür belə deməyən insanlar üçün müflis olursan!
Keyc sadəcə deyir:
- Çox Yaxşı... Onda başa düşəcəklər ki, bu, onlara minnətdarlıq etmələri üçün edilməyib."
Zamanla hər şeyini itirdi.
Möhtəşəm Qalasını satdı.
Adasını satdı. O, ən qiymətli kolleksiyalarını satdı. Amma vicdanını heç bir zaman satmadı.
İllər sonra, 2019-cu ildə bir qadın sevincindən ağlayaraq, onun yanına gəlib və deyib:
-2007-ci ildə qızımın leykemiya müalicəsinin pulunu siz ödəmisiniz. Bu gün o, tibb məktəbini bitirdi.
Buna görə də bəzi qəlbi böyük insanlar sərvətlərini bankda saxlamırlar. Onlar onu insanlarda saxlayırlar.
Есмира Шукурова
TEREF

