Tarkan konsertindən rekord məbləğ qazandı

8-02-2026, 00:10           
Tarkan konsertindən rekord məbləğ qazandı
Meqastar Tarkan İstanbuldakı 10 konsert seriyasını böyük maraqla başa vurub.

Türkiyə mediası xəbər verir ki, dünyanın bir çox yerindən insanların qatıldığı konsertlərdə Tarkanı dinləməyə gələnlər arasında məşhur adlar yer alıblar. Hər konsertində isə ifaçı bir müğənni ilə səhnə bölüşüb.

Bütün konsertlərin biletləri satılıb qurtardığı tədbirlərdən ifaçının nə qazandığı maraq doğurub. Türk mediasının yazdığına görə Tarkan konsertlərdən təxminən 500 milyon lirə (təxminən 20 milyon manat) qazanıb.

Tarkan Cem Yılmaz, Sibel Can, Ata Demirer və Ajda Pekkanı gecədə qonaq edib və həmçinin tamaşaçılar sırasındakı sənətçi dostlarını salamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru