İlhamə Quliyevanın bacısı qızı həbs edildi - SƏBƏB
11-02-2026, 15:18
Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.
Manset.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir. Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl-zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.