Ceki Çan oğluna görə üzr istədi

12-02-2026, 12:34           
Ceki Çan oğluna görə üzr istədi
Dünyaca məşhur aktyor Ceki Çan oğlunun adının hallandığı narkotik maddə qalmaqalına görə hamıdan üzr istəyib.

Sitat.info xəbər veir ki, Ceysi Çan narkotik maddə saxlamaq və istifadə etmək ittihamı ilə saxlanıldıqdan sonra atası ictimaiyyətə müraciət edib.

Ceki Çan açıqlamasında baş verən hadisədən dolayı dərin utanc hissi keçirdiyini deyib.

O, oğlunu düzgün dəyərlərlə böyütmək məsələsində nöqsanlara yol verdiyini etiraf edərək bir ata kimi üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirə bilmədiyini vurğulayıb.

Məşhur aktyor həm ailəsindən, həm də pərəstişkarlarından üzr istəyərək bu hadisənin hər kəs üçün üzücü olduğunu qeyd edib.

Onun səmimi etirafı və açıq mövqeyi nümunəvi addım kimi dəyərləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru