Yıldız Tilbə 12 min nəfərə iftar verəcək

18-02-2026, 16:34           
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
Məşhur Türkiyəli müğənni Yıldız Tilbə son dövrlərdə etdiyi yardımlarla diqqət çəkir. Keçən ay Qəzzadakı ailələr üçün 300 min dollar bağışlayan Tilbə, Ramazan ayı üçün də hazırlıqlara başlayıb.

Sherg.az xəbər verir ki, Tilbə sosial mediada paylaşımları və açıqlamaları ilə gündəmdən düşmür.

Kudüs Könüllüləri Cəmiyyətinin açıqlamasına görə, Tilbə iki çadırın qurulmasından sonra Ramazan ayında 12 min nəfərlik iftar süfrəsi üçün bağış edib. Qurum bildirib:

"Qəzza, Yıldız bacının şəfqəti ilə bu Ramazan da yalnız qalmayacaq."

Əvvəllər İstanbulun Sultangazi rayonundakı Gazi Məhləsində ehtiyacı olanlara da yardım edən Tilbə, cəmiyyət tərəfindən böyük təşəkkür alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru