Ancelina Coli ABŞ-ni tərk edir: “Ölkəmi sevirəm, amma...”

19-02-2026, 12:44           
Ancelina Coli ABŞ-ni tərk edir:
Məşhur Hollivud aktrisası Ancelina Coli ABŞ-ni tərk etməyi planlaşdırır.
TEREF Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Page Six nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, aktrisa azyaşlı övladları yetkinlik yaşına çatdıqdan sonra ölkədən köçəcək. Bildirilir ki, Coli artıq xaricdə müxtəlif ölkələri yaşayış üçün dəyərləndirir və Los-Ancelesdən ayrılacağı günü gözləyir.
Qeyd edək ki, Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin altı övladı var. Qəyyumluq razılaşmasına görə, o, uşaqları böyüyənədək ABŞ-də qalmalı idi.
Aktrisa daha əvvəl "The Hollywood Reporter" jurnalına müsahibəsində vaxtının böyük hissəsini Cambodiada keçirmək istədiyini açıqlamışdı. O, həmçinin ölkəsindəki mövcud ictimai-siyasi vəziyyəti tənqid edərək “Ölkəmi sevirəm, amma hazırda onu tanımıram” demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru