Adil İsgəndərov haqqında olan xatirələr

21-02-2026, 16:25           
Adil İsgəndərov haqqında olan xatirələr
Elxan İsgəndərovun əmisi Adil İsgəndərov haqqında olan xatirələri: “Əmimə kimsə deyə bilməzdi ki, filankəsə rol ver. Bunu qəbul etmirdi. Adamın üzünə baxan kimi bilirdi ki, kim hansı rolu oynaya bilər. Onda bununla bağlı fitri istedad var idi. Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Kozlov bir dəfə əmimə zəng edib ki, filankəsi bu rola çək, bir yahudi var, onu da rejissor köməkçisi qoy. Əmim bunu qəbul etməyib. Deyib, yoldaş Kazlov, siz bilirsinizmi ki, mikrorayonda su gəlmir? Siz yaxşı olar ki, su ilə məşğul olun, mən kino ilə məşğul olaram. Bunu deyib telefonun dəstəyini asıb. Bəs bunu ona bağışlayardılarmı?
Əmimin ermənilərdən qəti xoşu gəlməzdi. Bir dəfə rejissorlardan Moskvadan erməni ssenaristini Bakıya gətirib. Əmimə deyib ki, həmin erməninin ssenarisi əsasında Azərbayacan neftçiləri haqqında film çəkmək istəyir. Əmim onlardan heç nə soruşmayıb. Baxan kimi bilib ki, o, ermənidir. Erməniyə deyib ki, sən bura gələndə girişdə nə yazılmışdı? Erməni də cavabında “Azərbaycan film” yazıldığını bildirib. Adil əmim, “bura yazılmayıb ki, Ermənifilm? Vağzalın yeri bilirsən? Otur maşına, get Ermənistana, orada nə istəyirsən çək”,- deyərək ermənini kinostudiyadan qovub. Rejissoru danlayıb ki, niyə Azərbaycan neftçiləri haqqında ermənin ssenarisindən istifadə olunmalıdır? Onlara qarşı daxili antipatiyası var idi. Millliliyi xoşlayırdı.
Bu filmdə oynadıqları kişi roluna görə Tiflisdə keçirilən festivalda Həsən Məmmədova və əmimə qızıl medal vermişdilər. O, istəyirdi ki, həmin medal Məlik Dadaşova verilsin. Ancaq Moskva icazə vermədi. Məlik Dadaşov onun tapıntısı idi. Onu sənətə əmim gətirmişdi”.
Allah rəhmət eləsin!
Anar Tağıyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru