Ceyms Kemeron həyəcan təbili çaldı: Kinoteatrların taleyi təhlükədədir

21-02-2026, 09:58           
Ceyms Kemeron həyəcan təbili çaldı: Kinoteatrların taleyi təhlükədədir
"Terminator", "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeron amerikalı senator Mayk Liyə məktub göndərərək "Netflix" şirkətinin "Warner Bros. Discovery" (WBD) media qrupunu satın alma niyyətini tənqid edib.

Bu barədə CNBC məlumat yayıb.

Kemeron məktubunda bildirib:

"Mən qəti əminəm ki, WBD-nin "Netflix"ə satılması ilə bağlı təklif olunan razılaşma bütün həyatımı həsr etdiyim kinoteatr biznesi üçün fəlakət olacaq. Əlbəttə, bütün filmlərim video platformalarda da nümayiş olunur, lakin mənim ilk və ən böyük sevgim kinoteatrdır. Bu razılaşma ABŞ-də kinoteatr biznesinə ciddi zərər vura, iş yerlərinin və kinoteatrlarda nümayiş olunan filmlərin sayının azalmasına səbəb ola bilər", - deyə rejissor vurğulayıb.

Kemeron əlavə edib ki, "Netflix"in biznes modeli ənənəvi kinoteatr nümayiş sistemi ilə ziddiyyət təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru