Qohumları gəlmədi, dostu sahib çıxdı: Elşən Binəqədinin son vəsiyyəti yerinə yetirildi — VİDEO

Bu gün, 08:43           
Qohumları gəlmədi, dostu sahib çıxdı:
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı dünyasını dəyişən meyxanaçı Elşən Binəqədiyə həsr olunub.

O, fevralın 26-da axşam saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, meyxanaçının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onun meyitini morqdan götürməyə heç bir qohumu gəlməyib. Mərhumun dostlarından biri olan Cəlal İsmayılov meyiti təhvil alaraq yas mərasiminin təşkilini öz üzərinə götürüb. "Elşəni 4-5 ildir tanıyırdım. Aramızda yaxın münasibət var idi. Dünyasını dəyişəndə onu dəfn etməyi mənə vəsiyyət etmişdi", - deyə Cəlal İsmayılov bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]