"Səhər duran kimi kim-kimi öldürdü..." — Aparıcıdan telekanallarımıza SƏRT ETİRAZ

4-03-2026, 16:08           
"Səhər duran kimi kim-kimi öldürdü..." —
“Bu və ya digər səbəblərdən ölkə xaricində səfərlərdə oluram, tədbirlərə qatılıram. İlk edəcəyim iş onların telekanallarına baxmaq olur. Düşünürəm ki, hazırlanan proqramlar həmin ölkənin mühitini göstərir. Həmçinin televiziyalarına qonaq kimi qatılıram. Əslində, bütün ölkələrdə, demək olar ki, proseslər eyni gedir. Sadəcə, bizim xalqı digərlərindən fərqləndirən milli dəyərlər, ailə bağlılığımızdır. Ona da zərər vurulanda canımız yanır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında aparıcı Fəxriyyə Lilpar deyib.

Bu günlərdə Özbəkistandan qayıdan aparıcı televiziyalarımızı müqayisə edərək, fərqlərdən danışıb:

“Özbəkistanın mədəni, sosial mühitində hələ də sovet ruhunun qaldığı müşahidə olunur. Biz indi o dövrü bəyənməsək də, razılaşmalıyıq ki, o dövrün mədəni mühiti daha rahat idi. Qalmaqalsız, səs-küysüz… Əvvəllər o dövrlərdə, xüsusən səhər proqramları faydalı məsləhətlər, xoş əhvallı aparıcılar, səliqəli müğənnilər ilə hazırlanırdı. Bizdən fərqli olaraq, bu, onlarda hələ də qorunub saxlanılır. Bütün psixoloq və motivatorlar günün səhər saatlarını gözəl başlamağı məsləhət görür. İndi belə olmadığı üçün insanlar gərgin, hirsli və hətta qəddardır. Bunların səbəbi elə məhz teleproqramlarıdır. Hər gün nə qədər ölüm-itim, cinayətlər, qəza xəbərləri vermək olar? Özü də səhər saatlarında… Xüsusən də belə mövzular türk telekanallarında yayımlanır. Səhər durub gözünü açan kimi kim kimi öldürdü, harada hansı şiddətli qəza baş verdi və s. Bunlara da diqqət yetirmək lazımdır”.

Aparıcı senzuranın vacib olduğunu vurğulayıb:

“Ümumiyyətlə, bəzi mövzulara mütləq şəkildə senzura olmalıdır. Necə ki, biz hər mühitə uyğun geyim geyinirik, eləcə də hər mühitə uyğun danışmalıyıq. O da bizim şəxsiyyətimizin geyimidir. Olar-olmazların sərhədi olmalıdır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru