Faciəvi sevgi və ölüm: Gözəl aktrisanın acı taleyi
16-03-2026, 15:54

Faciəvi sevgi və ö*lüm: Gözəl aktrisanın acı taleyi: 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Onu bağışlamaq olarmı?” filmi cinayət axtarışı əməkdaşlarının və milis işçilərinin mübarizəsini əks etdirən dramatik süjet xəttinə malik idi. Film Mehdi Məmmədovun “Bahar” pyesinin əsasında rejissor Rza Təhmasib tərəfindən ekranlaşdırılmışdı. Lakin ekran işinin ən yaddaqalan tərəflərindən biri təkcə süjet deyil, həm də filmin gənc aktrisası Manana Abuyevanın faciəvi taleyi oldu. Tarixçi alim Zaur Əliyevin xatırlatmasına görə, filmdə Sevda obrazını canlandıran Manana Abuyeva cəmi bir neçə il sonra acı tale ilə qarşılaşdı. 1944-cü ildə anadan olmuş aktrisa, “Gün çıxmazdan əvvəl” filmində Xonar, “Səhər” filmində isə Suzanna obrazları ilə tamaşaçıların yaddaşında qalmışdı. Amma onun həyatındakı ən qorxunc hadisə məhz “Onu bağışlamaq olarmı?” filmindən sonra baş verdi. Film yayımlandıqdan sonra, bir tamaşaçı ona dərin ehtirasla bağlanır. Həmin şəxs aktrisaya ardıcıl olaraq hədiyyələr göndərir, ona evlilik təklifləri edirdi. Lakin Manana Abuyeva təklifləri qəbul etmirdi. Bu isə onun üçün təhlükəli bir vəziyyətin başlanğıcı oldu. Dəli bir sevgi, nəhayət, dəhşətli bir cinayətə gətirib çıxardı.Təhdidlərə baxmayaraq,aktrisa naməlum şəxsin təklifini qəbul etmədi. Nəticədə,ona vurulan şəxs onu izləməyə davam etdi və günlərin birində Manana Abuyeva evə gedərkən avtomobilini qəsdən onun üstünə sürərək, onu öldürür. Bir istedadlı aktrisanın həyatını məhv edən bu hadisə kino tarixində qara səhifələrdən biri kimi qalır.
Paylaşdı: Elxan Rza.
TEREF

