Ermənilər azərbaycanlı aparıcının videosunu paylaşdı: - “Təbriz Azərbaycandır!”

12-03-2026, 00:09           
Ermənilər azərbaycanlı aparıcının videosunu paylaşdı: -
Ermənilərə məxsus sosial şəbəkə səhifələri Azərbaycanın İctimai Telekanalının xəbər spikeri Nigar Sabirqızının “Təbriz Azərbaycandır!” deyə səsləndirdiyi videonu paylaşıb.


“Yeni Sabah” xəbər verir ki, jurnalist bu hadisəyə özünəməxsus reaksiya verib və həmin şüarı yenidən təkrar edib:

“Ermənistanın bir neçə sosial media səhifəsi “Təbriz Azərbaycandır” dediyim videonu paylaşıb. İranın da trolları sosial şəbəkə hesablarıma axışıb. Hər iki ölkənin ortaq cəhəti var – xəstə təfəkkürlü insanların çoxluğu.

Qeyd edim ki, o video yeni deyil, 3 il əvvəlkidir. Tarixi bilməyənlər və bu sözləri yenə eşitmək istəyənlər üçün bir daha deyirəm: Təbriz Azərbaycandır!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru