"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

12-03-2026, 07:24           
"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
Texnologiya nəhəngi "Apple" yeni proqram təminatı yeniləməsi ilə birlikdə istifadəçilərə bir neçə yeni emoji təqdim etməyə hazırlaşır.

Valyuta.az xəbər verir ki, şirkətin hazırda beta mərhələsində sınaqdan keçirdiyi iOS 26.4 yeniləməsinə daxil ediləcək emojilər arasında ən çox diqqət çəkən isə “Distorted Face” adlanan yeni simvoldur.

Məlumata görə, yeniləmənin mart ayının sonlarında təqdim olunacağı gözlənilir. Yeniliklər paketinə "Apple Music" və "Apple Podcasts" üçün funksiyalarla yanaşı ümumilikdə 8 yeni emoji də daxil olacaq.

Yeni emojilər arasında toz buludu, qatil balina (orca), torpaq sürüşməsi və Bigfoot kimi simvollar da yer alır. Lakin sosial şəbəkələrdə ən çox müzakirə olunan emoji məhz “Distorted Face” olub.

Qızarmış və böyük gözlü ifadəsi ilə seçilən bu emoji xüsusilə Gen Z istifadəçiləri arasında populyar olan “deep-fried emoji” memlərinə bənzəyir.

Qeyd edək ki, ötən il "Apple" “Face With Bags Under Eyes” adlı emoji təqdim edib. Yeni “Distorted Face” isə daha çox təəccüb və çaşqınlıq kimi reaksiyaları ifadə etmək üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru