Rasim Balayevin son durumu açıqlandı

16-03-2026, 09:44           
Rasim Balayevin son durumu açıqlandı
“Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”.

TEREF xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq:
“Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.
Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru