Lalə Azərtaşın verilişi bağlanmayıb

19-03-2026, 10:18           
Lalə Azərtaşın verilişi bağlanmayıb
Lalə Azərtaşın bağlandığı iddia edilən verilişi, “Təsir dairəsi” bu gün yayımlanıb.

"Cebheinfo.az" xəbər verir ki, aparıcı öz saatında canlı efirə çıxıb.

O, verilişdə yayımın dayandırılması ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, ötən gecə “Təsir dairəsi” proqramının bağlandığı ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən”, Zaur Nəbioğlunun “Rəngarəng”, eyni zamanda Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru