"Bu sözüm sənətçilərin xətrinə dəyir"

28-03-2026, 10:24           
"Bu sözüm sənətçilərin xətrinə dəyir"
"Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman edirəm. Bir gün gəzintiyə çıxaram, bir gün qaçaram, bir gün isə ağırlıq qaldıraram. Hər gün idmanla məşğul oluram. Artıq idman həyat tərzimə çevrilib".

Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Qonaqcanlı" verilişində deyib. İfaçı sənət dostlarına formada qalmalı olduqlarını məsləhət gördükdə ondan incidiklərini bildirib:

"Yemək də vacibdir. Sağlam qidalanmaq lazımdır. Uzun illərdir məndə də belədir. Düşünürəm ki, sənətçilərin borcudur ki, səhnəyə çıxanda normal formada olsunlar. Xarici ölkələrdə görürsünüz, müğənnilər özlərinə necə fikir verirlər. Bəzən deyirəm, xətirlərinə dəyir. Zəng vururlar ki, niyə belə dedin. Cavab verirəm ki, bir az yeməyinizə diqqət edin. Çalışın ki, efirdə qəşəng görünün. O, əvvəllər idi ki, müğənnilər ancaq kök olmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru