Damla buna görə efirlərə çıxmır

Bu gün, 11:44           
Damla buna görə efirlərə çıxmır
Müğənni Damla verilişlərdə az-az görünməsinin səbəbini açıqlayıb.
TEREF xəbər verir ki, sənətçi bildirib ki, son zamanlar daha seçici davranmağa başlayıb və bu da onun efirlərdən uzaq qalmasına səbəb olub:

“Çox seçici olmuşam. Verilişlərdə danışılan çayxana söhbətləri, yersiz müzakirələr, lazımsız mövzulara toxunmaq, efirdə bir-birini ağır şəkildə təhqir etmək və bu mövzuları sosial şəbəkədən efirə daşımaq məni bu qərara gətirib”.

Damla əlavə edib ki, bu cür mühit onun sənətinə və şəxsi prinsiplərinə uyğun deyil. O, daha səviyyəli və məzmunlu layihələrdə yer almağa üstünlük verdiyini vurğulayıb.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi onun fikirləri ilə razılaşdığını bildirib.\milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]