"Dədə Qorqud"un Mark Jozefə dönən Turalı: "Ailə də qura bilmədim...."
7-04-2026, 11:54

"Dədə Qorqud"un Mark Jozefə dönən Turalı: "Ailə də qura bilmədim. Bakı üçün çox darıxıram. Eşitmişəm ki, Bakı çox dəyişib, gözəlləşib. Xəzər dənizini, Azərbaycanı görmək istəyirəm. Həmişə gənclik illərimiz, Bakı küçələri gözümün önünə gəlir. İnternetdə tez-tez Bakının şəkillərinə, videolarına baxıram. Azərbaycan çox gözəlləşib. Çəkildiyim kinolar heç yaddaşımdan çıxmır. Azərbaycanın uğurlarını eşidəndə sevinirəm. Sağ olsun bəzi dostlarım da, məni unutmayıblar. Artıq illərdir ki, Kanadada yaşayıram. Buradakı həyat tərzinə öyrəşmişəm.
Bura gələn ilk günlərdə heç kəs mənə “Fərhad” deyə bilmirdi. Nə qədər öyrətsəm də, bu sözü tələffüz edə bilmirdilər. Ona görə də fikirləşdim ki, Fərhadı “Mark”la əvəz edim. İndi hamı məni Mark Jozef kimi tanıyır. Kinolar çəkirik. Peruda da film çəkmişəm. Bir neçə dəfə mükafata layiq görülmüşük. Filmin təqdimatına hazırlaşıram. Çox istəyərəm ki, Azərbaycanla bağlı da film çəkim. Məni sevənlərə, unutmayanlara salam göndərirəm. İşlərin çoxluğundan ailə də qura bilmədim".
Jurnalist Hafiz Əhmədovun Fərhad Yusifovla müsahibəsindən. Arxiv.
Anar Tağıyev
TEREF

