"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

11-04-2026, 11:44           
"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"
"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

Muğam ifaçısı və idmançı Pərviz Qasımov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb

TEREF xəbər verir ki, xanəndə maraqlı etirafı ilə gündəm yaradıb.

Sənətçi bildirib ki, dəyərli sənətkar Tacir Şahmalıoğlu və bəstəkar Cabbar Musayevin ailəsi ilə yaxın münasibətləri var və onun övladları ilə dostluq edir.

Pərviz Qasımov qeyd edib ki, həm ölkə daxilində, həm də xaricdə övladları ilə tez-tez görüşdüklərini və Cabbar müəllimin xatirəsini çox əziz tutduğunu vurğulayıb.

O, hər iki sənətkara söz verdiyini də açıqlayıb.

Xanəndə bildirib ki, xüsusi seriyalı avtomobil nömrələrini toplamağı sevir və bu nömrələrdən birini hədiyyə etməyi planlaşdırır.

Onun sözlərinə görə, "10-333" seriyalı nömrəni Tacir Şahmalıoğlunun oğlunun toyunda ona hədiyyə edəcəyini deyib.

Sözügedən açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru