22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

12-04-2026, 09:24           
22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI
Azərbaycanda daha bir tiktoker sosial şəbəkədə yaydığı əxlaqsız videoya görə məsuliyyətə cəlb olunub.

TEREF xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qeydə alınıb.

22 yaşlı Məcid Poladov (ad və soyad şərtidir) tiktok hesabında özünə məxsus avtomobilin videosunu söyüşlü səs fonunda paylaşıb. Buna görə də o, polis şöbəsinə çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məcid Poladov ifadəsində əxlaqsız paylaşım edilən tiktok hesabının həqiqətən də özünə aid olduğunu etiraf edib. Lakin belə bir paylaşıma görə məsuliyyətə cəlb olunacağından xəbərsiz olduğunu deyib. Poladov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə o, 700 manat məbləğində cərimələnib./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru