Rusiyada supermodel İrina Şeykin borcu silindi

13-04-2026, 12:38           
Rusiyada supermodel İrina Şeykin borcu silindi
Supermodel İrina Şeykin rusiyalı vergi ödəyicilərinə borcu yaranıb.

Oxu.Az bu barədə "Shot" "Telegram" kanalına istinadən xəbər verir.

Kanalın məlumatına görə, 2018-ci ildə Çelyabinsk vilayətində modelə 322 rubl 23 qəpik (təqribən yeddi manat - red.) əlavə vergi hesablanıb, lakin həmin vaxtdan bəri faizlər artıb və ümumi məbləğ iki min rublu (təqribən 44 manat - red.) keçib. Şeyk böyük ehtimalla, borcdan heç xəbərdar da olmayıb.

Onun doğma Yemanjelinsk şəhərindəki məhkəmə icraçıları icraat başladaraq dörd il ərzində uğursuz şəkildə modeli axtarıblar, lakin onu tapmaq mümkün olmayıb. Nəticədə borclunun məbləği ödəmək üçün əmlakı, gəliri və ya vəsaitinin olmaması əsası ilə icraat dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru