Məşhur müğənninin kommunal borcu 2 milyonu keçdi

Bu gün, 07:34           
Məşhur müğənninin kommunal borcu 2 milyonu keçdi
Məşhur müğənni Alla Puqaçovanın maliyyə vəziyyəti ilə bağlı diqqət çəkən məlumatlar yayılıb.

“Shot” Telegram kanalının məlumatına görə, sənətçi son dörd il ərzində Rusiya bank hesablarına təxminən 120 milyon rubl vəsait yatırıb. Bildirilir ki, bu məbləğin böyük hissəsi faizli əmanət hesablarında saxlanılıb.

Mənbənin iddiasına əsasən, 2022-ci ildən etibarən Puqaçovanın hesablarında ümumilikdə 119 milyon rubl toplanıb. Bunun təxminən 11,5 milyon rublu isə bank faizlərindən əldə olunan gəlir kimi qeyd olunur.

Bundan əvvəl mediada Puqaçovanın Kreml yaxınlığındakı mənzilinə görə kommunal borcunun yarandığı və məbləğin təxminən 100 min rubl olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Hazırda ailə Kiprdə yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru