“OnlyFans” çəkilişi faciə ilə bitdi

8-05-2026, 17:38           
“OnlyFans” çəkilişi faciə ilə bitdi
ABŞ-də “OnlyFans” platformasında məzmun istehsalçısı kimi fəaliyyət göstərən Mikaela Rylaarsdam barədə qalmaqallı məhkəmə işi gündəmə gəlib. O, 2023-cü ildə həyata keçirilən ödənişli xüsusi məzmun təqdimi zamanı bir nəfərin ölümünə səbəb olmaqda ittiham olunur.

Referans Media xəbər verir ki, İstintaq materiallarına əsasən, 56 yaşlı Maykl Deyl xüsusi məzmunu üçün qadına 11 min dollardan çox pul ödəyib. Seans zamanı kişinin bədəni streç plyonka ilə tam şəkildə sarınıb, gözləri yapışdırılıb, ağzı bantlanıb və başına plastik torba keçirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Maykl Deyl boğulma nəticəsində həyatını itirib. Bildirilir ki, plastik torba ən azı 8 dəqiqə onun başında qalıb.

Hadisə yerinə gələn polis əməkdaşları kişinin huşsuz vəziyyətdə olduğunu müəyyən ediblər. O, xəstəxanaya çatdırılsa da, sonradan beyin ölümü qeydə alınıb və həyat dəstəyi dayandırılıb.

İstintaq zamanı qadının telefonunda hadisə ilə bağlı görüntülər və fotolar aşkar edilib. Həmçinin bəzi materialların onun həyat yoldaşına göndərildiyi bildirilib.

Mikaela Rylaarsdam məhkəmədə “ehtiyatsızlıqdan adam öldürmə” ittihamını qəbul edib. ABŞ mediasının məlumatına görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, onun 4 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir. Qadına hökmün iyunun 8-də oxunacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru