Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?

10-05-2026, 00:08           
Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?
"Bəstəkar dostlarımız bizə gəlib səsyazanı açırdılar, məni oxutdururdular və səsimi yazırdılar. Üstündən bir həftə keçəndə görürdüm radioda mahnım gedir. Zəng vururdum ki, mənim mahnım deyil? Hamısı tanınmış ifaçıdır, adlarını çəkməyim ayıb olar. İndi edə bilmirlər, çünki görüşmürük. İndi ayılmışam".

TEREF xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Sevilən səhər" verilişində deyib. O, bildirib ki, məşhur ifaçılar onun bəstələrini oğurlayıb:

"Məni Brilliant Dadaşova ayıltdı ki, diqqətli ol. Gəlib səsini yazırlar".

Ramal bir də canlı efirdə oxumayacağını deyib:

"Yaxşı musiqiçilər olan efirdə oxumaq olar. Amma söz vermişəm, efirdə canlı ifa etməyəcəyəm".

Qeyd edək ki, Ramalla Əməkdar artist Abbas Bağırov arasında "Aləm gözəl" mahnısı üstündə qalmaqal yaşanmışdı. (Axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru