"Zaur bir maşına satılan kişi idi"

Bu gün, 16:47           
"Zaur bir maşına satılan kişi idi"
Əməkdar artist Lalə Məmmədova “Təhminə və Zaur” filmi ilə bağlı açıqlamasıyla gündəmə gəlib.

TEREF xəbər verir ki, müğənni “Sevinclə danış” proqramında Zaur obrazını tənqid edib:

“Təhminənin həyatında məna Zaurun sevgisi olur. Televiziyada işə düzəlir. Amma onu ayaqda saxlayan sevgi olur. Zaur bizim “ata-ana uşağı” dediyimiz, həyatda daşı daş üstünə qoymayan, heç bir çətinlik görməyən, hər şeyin hazır qarşısına gəldiyi kişi cinsidir. Zaur Təhminənin sayəsində sevgi ilə tanış olur. Düşünür ki, cəmiyyətdə qəbul edilməyən qadının sevgisi budursa, görün qarşıda məni nə gözləyir. Ömrünün sonuna qədər Təhminənin sevgisi ona yara olur.

Övladımızın əziyyət çəkməsini istəmirik. Atam deyirdi ki, biz lampa işığında oxuyub bir yerə çıxmışıq. Zaurun da valideynləri müharibə dövrünü yaşamış adamlar idi. İstəmirdilər ki, övladları əziyyət çəksin. Tək övlad idi və ona hər şey hazır gəlirdi. Mənim üçün Zaur əzik obrazdır.

Qadının sevgisinin bünövrəsində güvən durur. Qadın kişiyə güvənməsə, o münasibət alınmaz. Təhminə sevgisini güvənsiz və əzik bir yerə vermişdi. Bir maşına satıldı. Onun aldığı cavab da bu oldu - atıldı… Qəbul etdirə bilərdi”.

Qeyd edək ki, ekran işində Zaur obrazını Xalq artisti Fəxrəddin Manafov, Təhminəni isə aktrisa Meral Konrat canlandırıb.(axsam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru