86 yaşlı Al Pacinonun son halını görənlər gözlərinə inanmadılar — FOTO
Dünən, 16:24

Dünya kino tarixinin ən məşhur aktyorlarından biri olan Al Pacino, ABŞ-ın New York City şəhərində keçirilən tədbirdə görüntülənib. 86 yaşlı aktyorun son görünüşü sosial şəbəkələrdə və media orqanlarında geniş müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, yaşlanmanın təsirləri ilə görünüşündə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunan Al Paçinonu bəzi iştirakçılar ilk baxışda tanımaqda çətinlik çəkiblər. Bununla belə, aktyorun özünəməxsus üslubu və enerjili davranışları diqqətdən yayınmayıb.
Kinosevərlərin yaddaşında The Godfather (“Xaç atası”) və Scarface (“Yaralı üz”) kimi kult filmlərdəki rolları ilə iz qoyan Al Paçino, yaşının irəliləməsinə baxmayaraq yaradıcılıq fəaliyyətini davam etdirir.
Məlumata görə, məşhur aktyor yeni filminin festival nümayişi çərçivəsində tədbirə qatılıb. O, kameralar qarşısında səmimi və gülərüz davranışları ilə diqqət çəkərək, illərə meydan oxuyan enerjisini bir daha nümayiş etdirib.
Al Paçinonun son görüntüləri pərəstişkarları tərəfindən maraqla qarşılanıb və onun təbii yaşlanma prosesinə dair çoxsaylı rəylər səsləndirilib. Buna baxmayaraq, aktyor hələ də dünya kinosunun ən nüfuzlu simalarından biri hesab olunur.

