Məşhur amerikalı rok-musiqiçi koma vəziyyətindədir - YENİLƏNİB

3-10-2017, 08:34           
Məşhur amerikalı rok-musiqiçi koma vəziyyətindədir - YENİLƏNİB
Məşhur amerikalı rok-musiqiçi Tom Petti hazırda süni nəfəs aparatına qoşulub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 66 yaşlı T.Pettinin vəfat etməsi barədə xəbər yayılmışdı.

Musiqiçinin vəziyyəti kritikdir, onun koma vəziyyətində olduğu bildirilir.

Ötən axşam T.Petti huşsuz halda Malibu şəhərindəki (Kaliforniya ştatı) evində aşkarlanıb. Qəflətən ürəyi dayanan musiqiçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

***

00:45

Məşhur amerikalı rok-musiqiçi Tom Petti 66 yaşında vəfat edib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, T.Petti huşsuz halda Malibudakı evində aşkarlanıb.

Qəflətən ürəyi dayanan T.Petti xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rok-musiqiçi məşhur “Tom Petty and the Heartbreakers” qrupunun yaradıcılarından biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru