Fransada terror təşkilatı dərsliyə salındı - Türkiyədən sərt etiraz

7-09-2020, 00:08           
Fransada terror təşkilatı dərsliyə salındı - Türkiyədən sərt etiraz
Fransada məktəblilər üçün nəzərdə tutulmuş coğrafiya dərsliyində PKK terror təşkilatı barədə məlumatlar yer alıb. Amma dərslikdə PKK əraziyə nəzarət edən siyasi təşkilat kimi təqdim olunub.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Bu, Fransanın yürütdüyü siyasətin nəticəsidir. Fransa xarici siyasətdə hər məsələdə Türkiyəyə qarşı mövqe tutur və tarixi təhrif edir. Bu, narahatlıq doğuran haldır. Fransızlar Suriyanın ərazi bütövlüyü üçün həyata keçirdiyimiz terrorla mübarizə fəaliyyətlərimizi işğal kimi qiymətləndiriblər. Biz öz əməliyyatlarımızla onların terror dövləti yaratmaq planlarına zərbə vurmuşuq. Fransanın məlum ittihamlarının arxasında bu durumdan qaynaqlanan bir xəyal qırıqlığı var”, – H.Aksoy bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru