İranda 88 gündən sonra internet qismən bərpa olundu

Bu gün, 08:25           
İranda 88 gündən sonra internet qismən bərpa olundu
İranda 88 gündür davam edən internet məhdudiyyətləri qismən aradan qaldırılmağa başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə qlobal internet araşdırma portalı “NetBlocks” özünün rəsmi “X” hesabında məlumat yayıb.

“Təsdiqləndi: Operativ göstəricilərimiz 88 günlük – 2093 saatlıq tam kəsintidən sonra İranda beynəlxalq internet əlaqəsinin qismən bərpa olunduğunu qeydə alıb. Bu, müasir tarixdə ən uzun müddət davam edən ümumölkə internet kəsintisidir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu bərpa prosesindən bir gün öncə İran Prezidenti Məsud Pezeşkian növbəti 24 saat ərzində ölkədə qlobal şəbəkəyə çıxışın təmin edilməsi barədə xüsusi fərman imzalamışdı. Dövlət başçısı bəyan etmişdi ki, rabitə və informasiya texnologiyaları naziri Seyid Səttar Haşimi artıq lazımi sərəncamları verib və “prosesə start verilib”.

Xatırladaq ki, İranda iki aydan çox davam edən rəqəmsal blokada ölkə daxilində və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru