1868-ci ildə ABŞ İslandiyanı almaq istəyirdi
Bu gün, 07:34

Bəli, bu sadəcə ötəri bir fikir deyildi, "Od və buzlar diyarı"nı Ağ Evə tabe edə biləcək rəsmi addımlar idi.
Linkolnun satın alma barədə düşündüyü vaxt - 1868-ci il.
Amerikanın Alyaskanı Rusiyadan uğurla satın almasından cəmi bir il sonra, diqqətlər şimala yönəldi. Dönəmin ABŞ Dövlət Katibi Uilyam Syuardın (William Seward) tapşırığı ilə Dövlət Departamenti İslandiya və Qrenlandiyanın satın alınması imkanlarını araşdıran rəsmi hesabat hazırladı.
Səbəb? Amerika Şimali Atlantikada strateji mövqe qazanmaq, buradakı balıqçılıq sahələrinə və limanlara nəzarət etmək istəyirdi. Lakin bu ideya rəsmi hesabatlar və araşdırmalardan irəli getmədi və yekun bir maliyyə təklifi formasına çevrilmədi.
İkinci Dünya Müharibəsi zamanı Danimarka tacına bağlı olan İslandiya, Almaniyanın Danimarkanı işğal etməsindən sonra olduqca kritik və strateji bir mövqeyə gəldi.
Britaniya və ardınca ABŞ ordusu, adanı qorumaq və nasistlərin əlinə keçməsinin qarşısını almaq üçün İslandiyanı sülh yolu ilə tutdu. Həmin dövrdə Amerikanın orada hərbi bazalar tikmək üçün xərclədiyi böyük vəsaitlərə görə, pərdəarxası siyasi müzakirələrdə adanı daimi olaraq mənimsəmək və ya satın almaq ideyası qeyri-rəsmi şəkildə gündəmə gəldi. Lakin İslandiya 1944-cü ildə tam müstəqilliyini elan edərək suveren bir respublika olmağı seçdi.
Amerika adanı torpaq olaraq satın ala bilməsə də, onun strateji sadiqliyini satın aldı. İslandiya bu gün belə ordusu olmamasına baxmayaraq, 1949-cu ildə NATO-nun təsisçi üzvlərindən biri oldu.
ABŞ burada nəhəng Keflavik hərbi bazasını qurdu. Bu baza Soyuq Müharibə dövründə Sovet sualtı qayıqlarını izləmək üçün ilk müdafiə xətti rolunu oynayırdı. İslandiya yeganə hədəf deyildi. Amerika Danimarkadan Qrenlandiyanı da bir neçə dəfə (ən diqqətçəkəni 1946-cı ildə 100 milyon dollara, son olaraq isə 2019-cu ildə Donald Trampın dövründə) satın almağa çalışdı. Lakin Danimarka hər dəfə bu təklifləri rədd edərək qətiyyətlə bildirdi:
"Torpaqlarımız satlıq deyil".
Əgər bu saziş tarixi olaraq baş tutsaydı, bu gün dünya necə görünərdi?
Osman Eminov
TEREF

