Paşinyandan separatçılara ağır zərbə – Görün nə etdi…
Bu gün, 07:44
Ermənistanın İnzibati Məhkəməsi Qarabağ separatçılarının İrəvandakı nümayəndəlik binası üzərində mülkiyyət hüququnu ləğv edib.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Ermənistan mediası məlumat yayıb.
Artıq İnzibati Məhkəmənin sədrinin qərarı dərc olunub. Qərarda Ermənistan Baş Prokurorluğunun separatçıların nümayəndəlik binasına dair mülkiyyət hüququnun etibarsız sayılması ilə bağlı iddiası təmin edilib.
Məhkəmə separatçıların üçüncü tərəf kimi prosesə cəlb olunmasından da imtina edib.