Medvedev Ukraynadakı avropalı diplomatları təhdid etdi: “Vuracağıq”

Bu gün, 08:44           
Medvedev Ukraynadakı avropalı diplomatları təhdid etdi: “Vuracağıq”
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqının Kiyevdəki səfirliyini təxliyə etməməsinə münasibət bildirib. O, Avropa diplomatlarının Ukrayna paytaxtında qalmaq qərarını istehzalı şəkildə şərh edib.

Globalinfo.az-ın xəbərinə görə, Medvedev ironiyalı formada bildirib ki, Aİ diplomatik nümayəndəliklərdə çalışanların sayını “azaltmağa hazırdır”. Rusiya rəsmisi bununla Kiyevə hücum zamanı diplomatların da zərər görə biləcəyinə işarə edib.

Bundan əvvəl Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, Moskvanın genişmiqyaslı hücum xəbərdarlıqlarına baxmayaraq, diplomatlar Kiyevi tərk etməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru