Türkiyə ordusunun İdlibdə bir hərbçisi şəhid olub

7-09-2020, 09:21           
Türkiyə ordusunun İdlibdə bir hərbçisi şəhid olub
Türkiyə ordusunun bir hərbçisi şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, Suriyanın İdlib bölgəsində terrorçulara edilən silahlı hücumda Türkiyə ordusunun quru qoşunları üzrə hərbi mütəxəssisi Serdar Aslan ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə baxmayaraq vəfat edib.

Türkiyə Müdafiə Naziri Hulusi Akar şəhidin yaxınlarına və Türkiyə xalqına başsağlığı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru