Türkiyə ordusu TOGAN kvadrokopterləri ilə təchiz olunub

12-08-2022, 08:53           
Türkiyə ordusu TOGAN kvadrokopterləri ilə təchiz olunub
Türkiyə ordusu ölkənin “Defence Technologies Engineering and Trade Inc” şirkəti tərəfindən hazırlanmış TOGAN kvadrokopterlərini alıb.

Bu barədə “Report” TRT telekanalının saytına istinadən xəbər verir.

Pilotsuz uçuş aparatı təxminən 1 metr diametrə malikdir və atəşin tənzimlənməsi, kəşfiyyat və müşahidə funksiyalarını yerinə yetirə bilir. O, 45 dəqiqə havada qala bilir və buraxılış yerindən 10 km-ə qədər məsafəni qət edə bilir.

TOGAN 30x böyütmə qabiliyyətinə malik infraqırmızı kamera ilə təchiz olunub. Kompüter görmə sistemi platformaya hərəkət edən hədəfləri avtonom şəkildə izləməyə imkan verir.

Batareya az olduqda, dron missiyanı başqa cihaza ötürür və bazaya qayıdır. Beləliklə, obyektlərin davamlı monitorinqini təşkil etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru