Azərbaycanın məşhur gölü ilə bağlı həyəcan təbili: Fəlakət ola bilər

8-10-2025, 09:24           
Azərbaycanın məşhur gölü ilə bağlı həyəcan təbili:
İranlı sənədli film prodüseri Möhsün Qasəd “Instagram” hesabında Urmiya gölünün tamamilə quruması ilə bağlı ciddi xəbərdarlıq edib.

Referans xəbər verir ki, onun sözlərinə görə, gölün qurumuş yatağında təxminən 10 milyard ton duz toplanıb.

“5,500 km²-lik ərazini əhatə edən bu duz kütləsi küləklər və toz qasırğaları vasitəsilə geniş sahələrə yayıla bilər ki, bu da bölgə üçün ekoloji və ictimai sağlamlıq baxımından böyük təhlükə yaradır”.

Qasəd bildirib ki, yaranan duz fırtınaları yaxınlıqdakı şəhər və kəndlərdə dəri, tənəffüs, göz və hətta xərçəng xəstəliklərinin artmasına səbəb ola bilər ki, bu da fəlakətə səbəb olar. Duzun torpağa hopması isə kənd təsərrüfatını məhv etmək riski daşıyır.

O, vəziyyəti təxirəsalınmaz milli məsələ adlandıraraq, dövlət qurumlarını və aidiyyəti orqanları təcili və koordinasiyalı şəkildə tədbir görməyə çağırıb.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru