ETRUSKDAN YENİ TƏRCÜMƏ
23-12-2025, 00:09

Aşağıdakı sarkofaq görünür, NEDİME adlı kübar qadının məzar sarayında aşkar edilib.
"Məzar sarayı" ona görə yazıram ki, etrusklar ölülərini xüsusi iri, geniş, hündür otaqlarda - qapısı olan katakombalarda dəfn edirdilər. Yəqin çoxunuz görmüsünüz - divarları rəngli şəkillərlə bəzədilir, otaqlar ailəyə məxsus məişət əşyaları ilə doldurulurdu.
Nəş, ya otaqların fərşində qazılmış qəbirlərdə dəfn edilir, ya yandırılaraq külü vaza içində bu cür sarkofaqlarda saxlanılırdı. Bişirilmiş gildən (terrakota) həm sanduqələr (sarkofaqlar) düzəldilir, həm də ölənin mütləq yanı üstə balışa, yastığa, mütəkkəyə söykənmiş abidəsi tökülürdü.
Adət üzrə sanduqənin qapağının ön hissəsində məzar sahibinin ya həyatını tanıtdıran, ya yaxınının sonsuz kədərini, ah və amanını, nalə və fəryadını gələcəyə çatdıran sözlər səliqəsiz cızılırdı. Hayıf ki, çoxunda heç belə yazı da verilmir.
Aşağıdakı sarkofaqın qapağı sındığından ortasındakı hərfləri dəqiq müəyyən etmək olmur. Ona görə tərcüməm də müəyyən mənada kontekstə əsaslanır. Oxuya bildiyim sözlər bunlardır:
XİDOİA : ZEİANTİM İİNS (?) KOİF : ZVCİMASI
İİNS kimi oxuduğum söz dəqiq deyil. Sənduqə sınıb, həm də hərfləri oxunmur (solda). İkinci şəkil soldakı originalın kopiyasıdır. Gördüyünüz kimi, hərfləri ikincidə qabartmışam ki, originaldakılara toxunulmasın. Bununla belə,
XİDOİA - asan oxunur - u XUDAYA`dır - Allaha müraciət formasında. Və bu, ikinci mətndir ki, bu kəlməyə rast gəlinir. Etruskun Allahı XUDA adlandırması təəccüblüdür. Bilirik ki, XUDA "mütləq fars terminidir".
Ancaq TANRI epiteti də Etruskda geniş işlədilir.
ZEİA - ZİYA - İŞIQ, İŞİQ SELİ, BƏRQ, BƏRQVURMA və ya
ZEİA - ZIYA da ola bilər: İTGİ, ZƏRƏR, ZİYAN, ÖLÜM, GERİDÖNMƏZ İTİK; məs., ZIYAYİ ƏBƏDİ - ÖLÜM.
NTİM - ada daha çox oxşayır. O zaman saitləri bərpa olunsa: N[E}TİM[E] və ya NEDİME alınır.
NEDIME - köhnəlmiş termindir - XANIM, XATUN, ZADƏGAN QADIN. Burada daha çox xanımın adına oxşayır.
?İİNS - ilk hərfi birdəfəlik itib. Bərpa etmək çətin deyil - amma gərək u qəm, kədər, qüssə, dərd, acımaq, təəssüf mənalarında olsun.
KOİF - QOYUB - qoymaq feilinin keçmiş forması.
ZVCİMASI - heç şübhəsiz, Z[E]VCİMASI - ƏRİ. Abidəni qoyduran adam.
Yazı belə oxunur:
XİDOİA : ZEYA NTİME : ?İİNS KOİF : ZEVCİMASI.
AÇMASI:
XUDAYA ! İŞIQLI, [PARLAQ, BƏRQ VURAN] NEDİME [BİZƏ ƏBƏDİLİK] QƏM-QÜSSƏ, DƏRD QOYUB. ZEVCİMƏSİ (ƏRİ).
Abidədən də göründüyü kimi, ömrünün parlaq çağlarında dünyasını dəyişmiş, ÇOX GÖZƏL, XANIM-XATUN, ZADƏGAN NEDİMƏ - varlı, karlı ailəyə məxsus qadın olub.
Qulaqlarındakı qalın-qəyim qızıldan hazırlanmış brilyant qaşlı sırğaları,
boynundakı zərlə toxunmuş çox bahalı iki enli qızıl və biri ağ - platinə bənzər (altdakı) üç boyunbağı,
sinəsindən yoğun qızıl zəncirlə asdığı və şübhəsiz, altundan olan iri baş fiquru (yəqin senator olmuş zevcimasının başı),
mərmər biləyindəki ikiqat altun bilərzik,
həm baş barmağında dairəvi üzük,
həm şah barmağındakı iki üzük,
belindəki qızıldan olan donunun üstündən çəkdiyi qızıl kəməri (qızıllar hamısı sarı qızılı rəngdə təqdim edilir),
əlindəki bahalı güzgüsü,
əhalinin çoxu, hətta qadın və qızlarının belə, ya tam çılpaq, ya yarıçılpaq gəzən Etrusk cəmiyyətinə xas olmayan çox bahalı paltarı,
dirsəyini söykədiyi gülməxmər üzlü, ikiqat saçaqlı balış-mütəkkəsi, və bəzəkli-düzəkli sarkofaqı -
bütün bunlar NEDİMENİN həqiqətən ZİYALI qadın kimi təsvir etmək üçün, həm ərinin, həm də bəlkə də özünün dövlət adamları (senat üzvü deyək) olduqlarına dəlalət edən danılmaz dəlillərdir.
***
Bizə indi nə qalır deyək özü gözəl, taleyi yox qadın əqrabamıza?
"XİDOİA, BÖYÜK TANRI, SƏN ÖZÜN NƏDİMƏ KİMİ ZİYALI XANIM - XATIN QADINA RƏHMƏT ELƏ !
Halbuki SARAY KİMİ YATABI* və ya MAŞATI* müasir vandallar (lap arxeoloqlar olsalar da belə) tərəfindən darmadağın olunmuş və dərd və əbədilik kədərini bizim dildə izhar edən, lakin hələlik bizimki sayılmayan əqrabamıza.
________________________
* YATAB, MAŞAT - gil yazıda türk sözləridir - MƏZAR,
MAŞATLIQ isə MƏZARLIQ, QƏBRİSTANLIQ deməkdir.
Qorxmadan işlədə bilərsiniz.
Tariyel Azerturk
TEREF

