Türkiyə qırıcıları İranla sərhəddə uçuşlara BAŞLADI

7-03-2026, 12:35           
Türkiyə qırıcıları İranla sərhəddə uçuşlara BAŞLADI
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bölgədəki vəziyyətin gərginləşməsi fonunda İranla sərhəd boyunca uçuşlara başlayıb.

Gununsesi.info yerli mətbuata istinadla xəbər verir ki, Türkiyə hava məkanı, o cümlədən Hakkari əyalətinin cənub-şərqindəki Yüksekova bölgəsində patrul xidməti həyata keçirilir.

Bu məsələ ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib.

İranla sərhəd bölgələrində vəziyyət sakitdir.

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları İranla quru sərhədi boyunca vəziyyəti izləməyə davam edir və qanunsuz miqrant axınına qarşı tədbirlər görür.

Bu arada, Türkiyə Nəqliyyat Nazirliyi İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşların dayandırılmasını martın 9-dək uzadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru