Lulubi-Lulubey (Ulu Bağ) dövləti m.ö 3-cü minillik.

Dünən, 00:07           
Lulubi-Lulubey (Ulu Bağ) dövləti m.ö 3-cü minillik.
Əslində qədim dövrdə Ulu Bağ adlanırdı. Ulu Bağ -"Lulu" yəni Ulu, "bey" Bağ - Baq, Boq, Bay, Bəy, Bey sözü mənasındadır. UluBağ qədim türkcə olub, Ulu Tanrı mənasındadır.
Qarabağ adlanan yer və yurd adları da elə həmin mənadadır. Qara - Ulu, Bağ da elə Bağ-Tanrı yəni Ulu Tanrı.
Bu Dövlətimiz haqqında ilkin tarixi mənbələrın verdiyi məlumatlar belədir. Lulubey- tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birlikliklərdən biri. B.e.ə III minillikdə Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lulu tayfa ittifaqı yaranmışdır. B.e.ə XXVIII əsrdəbu ittifaq Lulubey dövlətinə çevrildi. Güney Azərbaycan ərazisindəki bu etnos e.ə XXVIII əsrə aid Akkad mənbələrində Lullubum adlanır. Bəzi mülahizələrə görə bu etnonim naməlum "lul" komponentindən və elamca əm bidirən "b" komponentindən ibarətdir. Məhz bu etimal Lullubilərin tarixşünaslıqda uzun bir müddət Elamdilli və ya Kaspidilli olması fikrinə səbəb olmuşdur. (Düzgün məlumatdır!)
Tarixçilər doğru olaraq, qeyd edir ki, «Lullubum (Lullubi) dövləti Güney Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumu idi». Arattadan sonra m.ö. XXIII əsrdə Urmu gölündən güneydə lulu boylarının adı ilə ortaya çıxan bu ikinci türk elinin coğrafi sınırları, müxtəlif savaşlarda iştirakı, bir neçə elbəyinin adı və etnik tərkibinə aid xeyli bəlgə olduğu halda, bunu kifayət saymayan Q. A. Melikişvili yazır: «Baxmayaraq ki, asur-babil qaynaqları iki minil boyunca (III minilin ortalarından I minilin ortalarına qədər) lulubiləri xatırladır, onların tarixi haqqında bilgimiz çox azdır»
Təvəkgül Nəbioğlu

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru