TƏCİLİ! Bu ölkələr Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ

29-05-2026, 12:18           
TƏCİLİ! Bu ölkələr Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ
Şərqi Aralıq dənizində irimiqyaslı regional infrastruktur layihəsi ətrafında gərginlik artır. İsrail, Kipr və Yunanıstan arasında çəkilməsi planlaşdırılan sualtı elektrik kabeli layihəsi Türkiyənin ciddi müqaviməti ilə üzləşib.

NOCOMMENT.az xəbər verir ki, söhbət üç ölkənin enerji sistemlərini Avropanın elektrik şəbəkəsinə birləşdirməli olan "Great Sea Interconnector" (əvvəlki adı "EuroAsia Interconnector") adlı irimiqyaslı layihədən gedir. Bu barədə "Globes" nəşri məlumat yayıb.

Qeyd olunur ki, rəsmi Ankara bu layihəni Şərqi Aralıq dənizindəki maraqlarına təhdid kimi qiymətləndirir və kabelin keçəcəyi dəniz zonalarının bir hissəsinə iddia edir. Türkiyə bundan əvvəl regionda aparılan tədqiqat işlərini dayandırmaq üçün əraziyə hərbi gəmilər göndərib ki, bu da hazırlıq tədbirlərinin bir hissəsinin dondurulmasına səbəb olub.

Layihə İsraildən başlayaraq Kipr vasitəsilə Krit adasına, oradan isə Avropanın enerji sisteminə qədər 1200 kilometrdən çox sualtı kabelin çəkilməsini nəzərdə tutur. Bu xətt dünyada ən uzun və ən dərinsulu enerji keçidlərindən biri olmalıdır.

İsrail, Yunanıstan və Kiprdə bu layihəyə təkcə iqtisadi-enerji baxımından deyil, həm də Türkiyə ilə artan gərginlik fonunda regional ittifaqı gücləndirə biləcək strateji təşəbbüs kimi baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru