"Arıqladıcı çaylar arıqlatmaq əvəzinə bədəni çökdürür" - Mütəxəssisdən XƏBƏRDARLIQ

13-12-2025, 10:24           
"Arıqladıcı çaylar arıqlatmaq əvəzinə bədəni çökdürür" - Mütəxəssisdən XƏBƏRDARLIQ
Reklamlarda “1 həftəyə 5 kq arıqlayın” deyən paket çaylar son zamanlar xüsusilə sosial mediada geniş yayılıb. Bu məhsullar tez nəticə və asan arıqlama vəd etməklə insanların diqqətini cəlb edir. Çox vaxt belə çaylar “təbii tərkib” və “xüsusi formul” kimi təqdim edilir, lakin onların effektivliyi və təhlükəsizliyi barədə ciddi elmi sübutlar yoxdur.

İnsanlar bu cür “sürətli arıqlama çaylarına” aldanarkən nələrə diqqət etməlidir və hansı riskləri nəzərə almalıdır?

Bu barədə Qida eksperti Fərid Səfərov Patrul.az-a açıqlamasında bildirib ki, bu çaylar tez nəticə vədləri ilə insanları aldatmaqla yanaşı, tərkibi bəlli olmayan və sağlamlığa zərərli maddələr ehtiva edə bilər:

“Psixoloji səbəblər:

– Tez nəticə istəyirlər.

– Uzun müddətli pəhriz və idman çətin gəldiyi üçün “asan yol” axtarılır.

– Reklamlarda “təbii”, “bitki tərkibli” sözləri insanlarda etibar yaradır.

– İnfluenselərin paylaşdığı hekayələr insanları yönləndirir.

– Fotoşopla hazırlanmış “öncə–sonra” şəkilləri aldadır.

– “Həkimlər təsdiqləyib” deyə qondarma iddialar da var.

Bu çaylar nəyə görə təhlükəlidir?

Bu çayların böyük qismi icazəsiz, tərkibi bəlli olmayan, bəzən də qadağan edilmiş maddələr qatılmış məhsullardır.

– Güclü işlədici maddələr. Bədəndən su atıldığı üçün çəki azalır deyə adlanırlar.

– Sidikqovucu maddələr.

– Qadağan olunmuş maddələrə rast gəlinir”.

Ekspertin sözlərinə görə, bu çaylar orqanizmə zərər verərək asılılıq yaradır, əsl arıqlama isə balanslı qidalanma və aktiv həyat tərzi ilə mümkündür:

“Bəzi “arıqladıcı çaylar”da aşkarlanan sibutramin (ürək ritmini pozur, insult riski artırır), fenolftalein (kanserogen) adlı maddələr gizli şəkildə əlavə edilir ki, çay “effektiv” görünsün.

– Hormonal balansı pozur. Xüsusən hamilə və süd verən qadınlar üçün risk yüksəkdir.

– Bağırsağın tənbəlləşməsi. Uzun müddət istifadə bağırsaqları “işləməkdən çıxarır”. İnsan artıq işlədicisiz tualetə gedə bilmir.

– Psixoloji asılılıq. İstifadə edən düşünür ki, “çaysız kökələcəm”, bu isə davamlı alışa gətirib çıxarır.

Bu çaylar arıqlatmır, təhlükəlidir, orqanizmin su-duz balansını pozur, uzunmüddətli zərər verir, psixoloji aldanma və asılılıq yaradır. Daha sağlam və real olan kalori nəzarəti, düzgün və balanslı qidalanma, gündəlik hərəkət, su içmək, yuxu ritmidir. Sağlam qidalanaraq sağlam yaşayın! “.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru